“Qalatasaray” “Kasımpaşa”nı məğlub edib

A- A A+

Sentyabr 13-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

NUHÇIXAN xəbər verir ki, “Türk Telekom” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb.

Görüşdə ilk və yeganə qolu 38-ci dəqiqədə İstanbul təmsilçinin Fransanın “Monako” klubundan yeni transfer olunan Radamel Falkao vurub.

Qalan vaxt ərzində tərəflər dəfələrlə fərqlənməyə yaxın olsalarda oyunda hesab dəyişməyib. Beləliklə “Qalatasaray” doğma meydanda “Kasımpaşa”ya Falkaonun qolu sayəsində qalib gəlib.

Bu oyundan sonra “Qalatasaray” çempionatda 7 xalla 5-ci pillədə qərarlaşıb. “Kasımpaşa” 1 xalla 17-ci olub.

Turun digər oyunları sentyabrın 14, 15 və 16-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: