Üzgüçülük üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında üzgüçülük üzrə muxtar respublika birinciliyi keçirilib.
Birincilikdə 13 idmançı sərbəst üsul üzrə 25 metrlik məsafədə yarışıblar. Yekun nəticəyə əsasən qızlar arasında Əfsanə Məmmədzadə I, Səkinə Rəhimli II, Mələk Əhmədzadə isə III yerin sahibi olub.
Oğlanların mübarizəsinə gəlincə isə Hüseyn Abdullayev I, Davud Quliyev II, Mais Hacıyev isə III yerin qalibi olub.
Sonda qalib gələn idmançılara təşkilatçılar tərəfindən fəxri fərmanlar təqdim edilib.
Əli İbrahimbəyli