Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
NUHÇIXAN Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq. Sentyabrın 14-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
Püşkün nəticəsinə görə, Rəsul Çunayev (67 kq) macarıstanlı Mate Kraşnay, İslam Abbasov (87 kq) Gürcüstan təmsilçisi Qurami Xetsuriani, Orxan Nuriyev (97 kq) qazaxıstanlı Yerulan İskakov ilə qarşılaşacaq.
Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.