“Mançester Yunayted” klubu ispaniyalı qapıçısı David de Xea ilə yeni müqavilə imzalayıb

A- A A+

İngiltərənin “Mançester Yunayted” klubu ispaniyalı qapıçısı David de Xea ilə müqavilənin müddətini uzadıb.

NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, futbolçu ilə 2023-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən, qapıçı bonuslar da daxil olmaqla həftədə 400 min avro məvacib alacaq.

David de Xea 2011-ci ildən “Mançester Yunayted” klubunda çıxış edir. Cari mövsüm İngiltərə Premyer Liqasında dörd oyun keçirən qolkiper dörd qol buraxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: