Sentyabr 16-da futbol üzrə Türkiyə Superliqasının IV turunun son qarşılaşmasında "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Bağçaşəhər Okulları" stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 39-cu dəqiqədə İstanbul təmsilçilərinin yarımmüdafiəçisi Tolqa Ciyərçi açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Papiss Demba Cisse hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 46-cı dəqiqəsində "Alanyaspor"un hücumçusu Papiss Demba Cisse özünün və komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni 62-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Junior Fernandes qoyub. Beləliklə "Fənərbağça" səfərdə "Alanyaspor"a 3:1 hesabı ilə məğlub olub.
Bu oyundan sonra "Fənərbağça" çempionatda 7 xalla 3-cü pillədə qərarlaşıb.