Sentyabrın 17-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılacaq.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə qarşılaşacaq. Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə üz-üzə gələcək. Bu şahmatçılar arasında birinci görüşdə Ş.Məmmədyarov və T.Rəcəbov qalib gəliblər.
Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.