Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb

A- A A+

Sentyabrın 18-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək, sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq Caspian Cup beynəlxalq turnirdə iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, heyətə Rövşən Hüseynli (“Araz”), Emin Kürdov (EKOL), Rizvan Fərzəliyev, Ramiz Çövdarov, İsa Atayev, Nihad İsmayılov, Xətai Bağırov (hamısı “Araz”), Vitali Borisov (“Marafon”), Tiaqo Teles Martins (“Nikel”, Rusiya), Everton Kardoso (“Levante”, İspaniya), Amedeu Fernandes Da Silva (“Sparta”, Çexiya), Jose Poletto Fabio (“Feldi Eboli”, İtaliya), Eduardo Melo Borges (ACCES, Fransa) və Vilyams Oliveira Do Nascimento (“Al Arabi”, Küveyt) dəvət olunublar.

Yığmamız turnir çərçivəsində sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: