Sentyabrın 16-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.
NUHÇIXAN xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında aşağıdakı nəticələr qeydə alınıb:
E qrupu:
“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) - 2:0,
“Zaltsburq” (Avstriya) - “Genk” (Belçika) - 6:2.
F qrupu:
“İnter” (İtaliya) - “Slaviya Praqa” (Çexiya) - 1:1,
“Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya) - 0:0.
G qrupu:
“Lion” (Fransa) - “Zenit” (Rusiya) - 1:1,
“Benfika” (Portuqaliya) – “Leypziq” (Almaniya) - 1:2.
H qrupu:
“Çelsi” (İngiltərə) - “Valensiya” (İspaniya) - 0:1,
“Ayaks” (Hollandiya) - “Lill” (Fransa) - 3:0.
Qeyd edək ki, A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.