Sentyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, ikinci oyun gününün mərkəzi qarşılaşması Fransada oynanılıb. “Paris Sen-Jermen” öz meydanında İspaniyanın “Real Madrid” klununu qəbul edib. Görüş parislilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
A qrupunun digər oyunu “Brügge” (Belçika) və “Qalatasaray” (Türkiyə) komandaları arasında baş tutub. Qarşılışqlı hücumların müşahidə olunduğu görüşdə hesab açılmayıb.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu:
“Brügge” (Belçika) – “Qalatasaray” (Türkiyə) - 0:0,
“Paris Sen-Jermen” (Fransa) - “Real Madrid” (İspaniya) - 3:0.
B qrupu:
“Olimpiakos” (Yunanıstan) - “Tottenhem” (İngiltərə) - 2:2,
“Bavariya” (Almaniya) - “Srvena Zvezda” (Serbiya) - 3:0.
C qrupu:
“Dinamo Zaqreb” (Xorvatiya) - “Atalanta” (İtaliya) - 4:0,
“Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 0:3.
D qrupu:
“Atletiko Madrid” (İspaniya) - “Yuventus” (İtaliya) - 2:2,
“Bayer Leverkuzen” (Almaniya) - “Lokomotiv” (Rusiya) - 1:2.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.