Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq

A- A A+

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, rəqib İspaniyanın “Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

Qarşılaşmanın idarə olunması Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadasına tapşırılıb.

“Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

“Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: