Sentyabrın 20-də “Baku Оpen 2019” beynəlxalq şahmat festivalı start götürəcək.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 28-dək davam edəcək festivalda İrandan 9, Rusiya və İspaniyanın hər birindən 2, Ukrayna, Viyetnam, Özbəkistan, İordaniya, Almaniya və ABŞ-dan 1 şahmatçı iştirak edəcək. Ölkəmiz festivala 208 şahmatçı ilə qatılacaq.
Festival Novxanı qəsəbəsindəki “Spring” oteldə, uşaq turniri isə Respublika Şahmat Mərkəzində keçiriləcək.
Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.