Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
NUHÇIXAN xəbər verir ki, Nihad İsmayılov zədəli olduğu üçün heyətdən çıxarılıb. Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub.
Qeyd edək ki, milli komandamız sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək. Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə üz-üzə gələcək.