“Barselona” futbol klubu elan edib ki, bu mövsümdə onun gəliri 1 milyard avronu ötəcək.
NUHÇIXAN İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bütün dünya üzrə idman obyektləri dövriyyəsində tarixi rekord müəyyən edən “Barselona” 2019-2020-ci illərdə 1,047 milyard avro gəlir götürməyi planlaşdırır. Beləliklə, o, idman tarixində bir mövsüm ərzində 1 milyard avro həddini aşan ilk futbol klubu olacaq.
Klubun iqtisadi məsələlər üzrə vitse-prezidenti Enrike Tombas və icraçı direktoru Oskar Qrau bildiriblər ki, Xosep Mariya Bartomeunun dördillik prezidentliyi dövründə “Barselona”nın gəlirləri, orta hesabla, 13 faiz artıb və 2018-2019-cu illərin yekunlarına görə, rekord göstəriciyə - 990 milyon avroya çatıb.
Oskar Qraunun sözlərinə görə, Neymarla müqavilənin imzalanması iqtisadi baxımdan faydalı əməliyyat olub. “Barselona”nın hazırladığı büdcədə qışda heç bir abunə nəzərdə tutulmayıb.