NUHÇIXAN xəbər verir ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Culfa və Ordubad rayon gənclərinin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına maarifləndirici ekskursiyası olub.
Ekskursiya iştirakçılarına bildirilib ki, parkın yaradılmasında əsas məqsəd ərazidə ekoloji sistemlərin, biomüxtəlifliyin, genetik fondun, “Qırmızı kitab”a düşmüş fauna və flora növlərini təbii vəziyyətdə qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək və ekoturizmin inkişaf etdirilməsindən ibarətdir.
Sonra parkda fəaliyyət göstərən muzeylərlə tanışlıq olub. Fauna muzeyində milli parkın ərazisində mövcud olan heyvan müqəvvaları nümayiş olunur. Bezoar dağ keçisi, vaşaq, porsuq müqəvvaları xüsusi maraq doğurub.
Ekskursiya Naxçıvan Muxtar Respubikası Bilik fondunun Tədbirlər Planına əsasən təşkil olunub.
Gülməmməd Əliyev