Futbol üzrə Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" doğma meydanda "Ankaragücü"nü qəbul edib.
NUHÇIXAN xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Hesabı görüşün 16-cı dəqiqəsində paytaxt təmsilçiləri açıb. Dever Orcil çərçivəni dəqiq nişan alıb. Lakin cəmi 4 dəqiqə sonra istanbulluların müdafiəçisi Matias Jorgensen hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində meydan sahiblərinin yeni transferi Vedat Muruqi komandasının qələbə topunu vurub. Beləliklə "Fənərbağça" doğma meydanda "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub edib.
Turun digər oyununda "Kasımpaşa" klubu "Antalyaspor"un qapısından 3 cavabsız top keçirib. "Kayserispor" isə doğma meydanda "Dənizlispor"la heç-heçə edib - 1:1.
Bu oyundan sonra "Fənərbağça" çempionatda 10 xalla 2-ci pillədə qərarlaşıb.
Turun digər qarşılaşmaları sentyabrın 22 və 23-də keçiriləcək.