UEFA Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 17-18-də oynanılan birinci turunun görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, İtaliyanın “Yuventus” komandasının kolumbiyalı futbolçusu Xuan Kuadradonun səfərdə İspaniyanın “Atletiko Madrid” klubunun qapısına vurduğu qol həftənin ən yaxşısı seçilib.
Futbolçu səsvermə nəticəsində “Paris Sen-Jermen” klubunun hücumçusu Anxel Di Mariyanı, “Ayaks”ın yarımmüdafiəçisi Edson Alvarezi və “Tottenhem”in futbolçusu Lukas Mauranı qabaqlayıb.
Xatırladaq ki, həmin qarşılaşmada “Yuventus” 2:0 hesabı ilə irəlidə olsa da, meydan sahibləri əsas vaxtın başa çatmasına 20 dəqiqə qalmış oyunda dönüş yaradaraq heç-heçəyə nail olublar.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunları oktyabrın 1-2-də keçiriləcək.