“Araz” futzal klubu “Benfika”, “Halle Gooik” və “Xerson” komandaları ilə qarşılaşacaq

A- A A+

UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın “Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, Belçikada keçiriləcək qrup oyunlarında “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan çempionu birinci görüşünü oktyabrın 9-da “Halle Gooik” komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün “Benfika”, oktyabrın 12-də isə “Xerson” ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: