Rusiya Antidopinq Agentliyi (RUSADA) Dünya Antidopinq Agentliyinin (WADA) tərkibindən çıxarılarsa, o halda Rusiya yığması Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak etməyə bilər. Bu barədə BBC agentliyi məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, daha əvvəl Dünya Antidopinq Agentliyi (WADA) dopinq nümunələrinin Moskva laboratoriyasının məlumat bazasında uyğunsuzluq aşkarlayıb və RUSADA-nı çempionatdan kənarlaşdıra bilər. Rusiya tərəfinə uyğunsuzluğun izahını hazırlayıb təqdim etmək üçün üç həftə vaxt verilib.
Mənbənin məlumatına görə, Rusiya təşkilatının kənarlaşdırılacağı halda cəza WADA-nın kodeksi üzrə fəaliyyət göstərən bütün idman yarışlarına, o cümlədən futbol üzrə dünya çempionatlarına da aid edilə bilər.