Qazaxıstanda kadetlər arasında cüdo üzrə dünya çempionatına start verilib

A- A A+

Sentyabrın 25-də Qazaxıstanın Almatı şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatına start verilib.

NUHÇIXAN xəbər verir ki, çempionatda ölkəmizi 18 cüdoçu təmsil edir. Oğlanların yarışında İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli, Şükran Zamanlı (hər ikisi 55 kq), Turan Bayramov, Kamran Süleymanov (hər ikisi 60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Hüseyn Məmmədov (+90 kq) tatami üzərinə çıxacaqlar.

Qızların mübarizəsində isə Nigar Şəmməmmədova (40 kq), Könül Əliyeva, Gülşən Bəşirova (hər ikisi 44 kq), Səbinə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Aytac Əliyeva (63 kq) və Nərmin Əmirli (+70 kq) birincilik uğrunda yarışacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: