Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb - FOTOLAR

A- A A+

Futzal üzrə Azərbaycan millisi sentyabrın 25-də Rusiyanın Həştərxan şəhərində təşkil edilən “Caspian Cup 2019” turnirində sonuncu oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Tiaqo Teles və Eduardo fərqləniblər.

Qeyd edək ki, millimiz birinci oyunda Rusiyaya 1:2 hesabı ilə məğlub olub. İran komandası ilə oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: