Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş futzal üzrə “Caspian Cup 2019” turniri başa çatıb. Sonuncu oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Rusiya-İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. Millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi seçilib.
Mükafatları Rusiya Mini-futbol Federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər.
Qeyd edək ki, 2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutub. Həmin turnirdə qalib İran, gümüş medalçı isə Rusiya olub. Qazaxıstan isə yarışı dördüncü pillədə başa vurub.