Peyntbol üzrə birincilik keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikadakı idman federasiyalarının üzvləri arasında peyntbol üzrə birincilik keçirilib.

Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Yarış başlanmazdan öncə iştirakçılara qaydalar izah olunub və birinciliyə start verilib. Olimpiya sistemi üzrə keçirilən birincilikdə komandaların hər bir üzvünə 15 dəqiqə ərzində 50 mərmidən istifadə etmək şansı verilib. Bütün komandaları mübarizədən kənarlaşdıran “Atıcılıq” və “Şahmat” Federasiyası komandaları finalda qarşı-qarşıya gəlib. Yekunda atışları daha dəqiq yerinə yetirərək  “Şahmat Federasiyası” komandasını məğlub edən “Atıcılıq Federasiyası” yarışın qalibi olub. Beləlikə “Şahmat Federasiyası” komandası II, “Paralimpiya Federasiyası”nın komandasının peyntbolçuları isə III yerdə qərarlaşıblar.

Sonda Gənclər və İdman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Səhhət Həbibbəyli çıxış edərək idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar. İlk üç yerə çıxan komandalara təşkilatçıların diplomları, medalları və kuponları təqdim olunub.

                                                                            Əli İbrahimbəyli

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: