Uşaq futbolu ilə bağlı “Grassroots” layihəsi reallaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının uşaq futbolu ilə bağlı “Grassroots” layihəsi reallaşıb. Layihəyə Naxçıvandan start verildi.

Kütləvi futbol həftəsi paytaxt Bakı və bölgələrlə yanaşı ilk dəfə olaraq Naxçıvanı da əhatə edib. Məhz bu layihə çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan MR Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Muxtar Respublika Stadionunda 100-ə yaxın məktəblinin iştirakı ilə futbol festivalı keçirilib. Meydanın müxtəlif hissələrində keçirilən, maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. Layihəsinin məqsədi uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli təşkili, futbolun kütləviliyini artırmaq, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Sonda hər bir məktəbliyə layihəni əks etdirən geyim və toplar hədiyyə olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: