Sentyabrın 27-də futbol üzrə Türkiyə Superliqasının VI turunun ilk qarşılaşmasında "Rizəspor" səfərdə "Başakşəhər"in qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Fateh Terim" stadionunda baş tutan görüş maraqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı ilk hissənin 19-cu dəqiqəsində İstanbul klubunun hücumçusu Daniyel Aleksis açıb. Meydan sahibləri 33-cü dəqiqədə bir daha fərqləniblər. Fredrik Gulbrandsen hesabı ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində Daniyel Aleksis özünün ikinci komandasının isə üçüncü qolunu vurub. "Başakşəhər" 87-ci dəqiqədə hesab arasındakı fərqi dördə çatdırıblar. Enzo Kriveli çərçivəni dəqiq nişan alıb. Lakin buda oyunda son qol olmayıb. İstanbullular 91-ci dəqiqədə İrfan Qəhvəcinin qolu ilə hesabı 5:0 çatdırıblar. Beləliklə "Başakşəhər" doğma meydanda "Rizəspor"u darmadağın edib. Bu oyundan sonra "Başakşəhər" çempionatda 8 xalla 6-cı pillədə qərarlaşıb.
Turun digər qarşılaşmaları bu gün və sentyabrın 29-30-da keçiriləcək.