Sentyabrın 28-də futbol üzrə Türkiyə Superliqasının VI turu çərçivəsində İstanbul derbisində "Qalatasaray" doğma meydanda "Fənərbağça" ilə qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, "Türk Telekom" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalsa da, qapılara qol vurulmayıb.
Bu oyundan sonra "Qalatasaray" çempionatda 9 xalla 6-cı pillədə qərarlaşıb. "Fənərbağça" isə 11 xalla ikincidir.
Günün digər oyununda "Dənizlispor" doğma meydanda "Kasımpaşa"ya 0:1 hesabı ilə uduzub. Lider "Alanyaspor" isə "Sivasspor"la heç-heçə edib - 1:1.
Turun digər qarşılaşmaları sentyabrın 29-30-da keçiriləcək.