Sentyabrın 29-da İtaliya A Seriyasının altıncı turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, çempionluğa iddialı “Napoli” doğma azarkeşlər önündə “Breşiya” klubunu qəbul edib.
Görüş neapolluların minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1.
Karlo Ançellotinin yetirmələrinin heyətində Dris Mertens (13) və Kostan Manolas (44) fərqləniblər. Qonaqların isə yeganə qoluna yeni transferi Mario Balotelli (67) imza atıb.
Bu qələbədən sonra “Napoli” xalların sayını 12-yə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib. “Breşiya” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.
Növbəti turda “Breşiya” öz meydanında “Sassuolo” ilə, “Napoli” isə səfərdə “Torino” ilə üz-üzə gələcək.