“Araz-Naxçıvan” Türkiyədən böyükhesablı qələbə ilə qayıdıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Araz-Naxçıvan” futbol komandası Türkiyənin Doğubəyazit şəhərində olub. Komandamız burada ölkənin bölgəsəl liqasında mübarizə aparan “Doğubəyazit” komandası ilə yoldaşlıq görüşü keçirib.

“Qırmızı-ağlar” üçün böyük əhəmiyyət kəsb edən görüşün birinci hissəsində hər iki komandanın fərqlənməyə imkanları olsa da hesab açılmayıb.

İkinci hissə komandamız üçün uğurlu başlayıb. Künc zərbəsi zamanı hazırlanmış “ev tapşırığını” dəqiq yerinə yetirən “Araz-Naxçıvan” Ayxan Həsənovla tablodakı sıfırları dəyişməyə müvəffəq olub. Vüsal Əliyev uzaqdan rəqib qapısına vurduğu mükəmməl zərbə ilə hesab arasındakı fərq ikiyə çatıb – 0:2. Bu qoldan sonra “qırmızı-ağlar” daha bir əks-hücumda penalti zərbəsi qazanıblar. Elnur Səmədov rəqibi 3-cü dəfə mərkəzə dəvət edib. Az sonra Vüsal Əliyev özünün ikinci komandasının isə 4-cü qolunu vurmaqla hesabı 0:4-ə çatdırıb.  

“Araz-Naxçıvan” ilk səfərdən böyük hesablı qələbə ilə qayıdıb

  

Ceyhun Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: