“Real Madrid”in müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaqda qalacaq

A- A A+

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Naço Fernandez uzun müddətlik sıradan çıxıb.

NUHÇIXAN İspaniya mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Madriddə “Brügge” ilə keçirilən görüşdə (2:2) diz bağlarından zədə alıb.

İspaniyalı futbolçunun 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, karyerasına “Real Madrid”də başlayan Naço klubda keçirdiyi 193 oyunda 9 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: