İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 6-7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq. Millimiz Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan millisinin hər iki oyun üçün heyəti açıqlanıb. Heyətə Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev (“Keşlə”), Nicat Mehbalıyev (“Sumqayıt”), Amin Seydiyev (“Qəbələ”), Turan Manafov (“Səbail”), Murad Qayalı (“Keşlə”), Nihad Tamazov (“Qarabağ”), Anton Krivotsyuk (“Neftçi”), Elçin Mustafayev (“Sabah”), Hüseyn Seyliğli (“Darica Genclerbirliyi”, Türkiyə), Rafael Məhərrəmli (“Zirə”), Hacıağa Hacılı (“Qarabağ”), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Barış Ekincier (“Austria Klagenfurt”, Avstriya), Rövlan Muradov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Tural Bayramlı (“Keşlə”), Şakir Seyidov (“Sabah”), İsmayıl İbrahimli (“Qarabağ”), Elvin Cəfərquliyev (“Sumqayıt”), Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”) və Doğukan Öksüz (“Eyüpspor”, Türkiyə) dəvət olunublar.