UEFA Avropa Liqası: “Düdelanj” - “Qarabağ” oyunu başlayıb

A- A A+

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, “Jozi Bartel” stadionunda təşkil olunacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Xayme Romero, Zubir və Maqaye Qeye yer alıblar.

“Düdelanj”ın heyətində isə meydana Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendi çıxacaqlar.

Qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Bitondur. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandaları üz-üzə gələcək.
İlk turdan sonra turnir cədvəlinə aktivlərində 3 xal olan “Düdelanj” və “Sevilya” klubları başçılıq edir. Sıfır xalları olan “Qarabağ” və APOEL üçüncü və dördüncü yerləri bölüşürlər. İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya (3:0) məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-dən güclü olub (4:3).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: