Oktyabrın 4-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundakı oyunların yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun hücumçusu Serj Qnabri səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.
İyirmi dörd yaşlı almaniyalı futbolçu komandasının İngiltərənin “Tottenhem” klubunu 7:2 hesabı ilə məğlub etdiyi oyunda dörd qol vurub. Futbolçu səsvermə nəticəsində “Barselona”nın hücumçusu Luis Suaresi, “Borussiya Dortmund”un müdafiəçisi Əşrəf Hakimini və “Brügge”nin nigeriyalı futbolçusu Emanuel Bonaventure Denisi qabaqlayıb.