UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin komandası açıqlanıb.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, “11-lik”də “Qarabağ”ın səfərdə “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçisi Dani Kintana da yer alıb. Ağdam komandasının digər qollarını Abdullah Zubir, Miçel və Riçard Almeyda vurublar.
Rəmzi komandada Plamen İliev (“Ludoqorets”, Bolqarıstan), Boli Bolinqoli (“Seltik”, Şotlandiya), Rafael Forster (“Ludoqorets”, Bolqarıstan), Evan Ndika (“Ayntraxt”, Almaniya), Kiran Tirni (“Arsenal”, İngiltərə), Məhəmməd Elyunussi (“Seltik”, Şotlandiya), Dani Kintana (“Qarabağ”, Azərbaycan), Brune Fernandeş (“Sportinq”, Portuqaliya), Qabriel Martinelli (“Arsenal”, İngiltərə), Doniell Malen (PSV, Hollandiya) və Umar Sadiq (“Partizan”, Serbiya) yer alıblar.