“Avro 2020”nin təsnifat mərhələsinin pley-off oyunları ilə bağlı simulyator proqramı istifadəyə verilib

A- A A+

UEFA 2018-2019-cu il mövsümündə Millətlər Liqasındakı çıxışları sayəsində hansı komandaların Avropa çempionatının təsnifat mərhələsinin pley-off oyunlarına vəsiqə qazana biləcəyini başa düşməkdə azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb.

NUHÇIXAN AFFA-ya istinadla xəbər verir ki, noyabrın 20-də “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanacaq 24 komandadan 20-sinin adı məlum olacaq. Təsnifat mərhələsinin 10 qrupunda ilk iki yeri tutan komanda gələn yay keçiriləcək final mərhələsinə adlayacaq. Digər dörd komanda isə 2020-ci ilin martında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.

Komandaların pley-offda oynamaq hüququnu necə qazanacaqlarını başa düşməkdə azarkeşlərə və mediaya kömək məqsədilə UEFA istifadəçilərin qurduğu ssenarilər əsasında pley-off oyunlarına hansı komandaların vəsiqə qazanacağını göstərən simulyator proqramı (https://www.uefa.com/european-qualifiers/simulator/) hazırlayıb.

Pley-off oyunlarında 2018-2019-cu il mövsümündə Millətlər Liqasındakı çıxışlarına əsasən altı komanda – konkret olaraq, UEFA Millətlər Liqasının finala vəsiqə qazana bilməmiş qrup birinciləri və yarışın reqlamentinə uyğun olaraq, vəsiqə qazanmış qrup qaliblərini əvəzləyən komandalar rəqabət aparacaq.

Əvvəlki pley-off oyunlarından fərqli olaraq, bu dəfə pley-off qarşılaşmaları “uduzan çıxır” prinsipi əsasında keçiriləcək. Hər “pley-off cığırı”nda komandalar UEFA Millətlər Liqasının ümumi reytinq cədvəlinə əsasən 1-dən 4-dək sıralanacaq. Pley-off üçün püşkatma noyabrın 22-də keçiriləcək. Hər finalın qalibi “Avro 2020”yə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: