Oktyabrın 4-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı qolu bəlli olub.
NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, Hollandiyanın “Ayaks” komandasının futbolçusu Hakim Ziyeçin İspaniyanın “Valensiya” klubuna uzaq məsafədən vurduğu qol həftənin ən yaxşısı seçilib.
Qeyd edək ki, “Ayaks” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. Mərakeşli yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.