Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, saat 17:00-da Portuqaliyadakı “Cidade Desportiva do SC Braga” stadionunda Almaniya yığması ilə keçiriləcək görüşü xorvatiyalı baş hakim Sabina Boliç idarə edəcək. Ona həmyerlisi Martina Neralic və portuqaliyalı Andreia Sousa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Teresa Alice Pimenta Oliveira (Portuqaliya) yerinə yetirəcək.
Qeyd edək ki, millimiz ilk oyununda Portuqaliya komandasına 0:6 hesabı ilə məğlub olub.