Oktyabrın 5-də futbol üzrə Türkiyə Superliqasının VII turu çərçivəsində keçirilən görüşdə “Qalatasaray” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.
NUHÇIXAN xəbər verir ki, "Eryaman" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalsa da, oyunda qapılara qol vurulmayıb. Gərgin keçən görüşdə hakim 11 sarı vərəqə və "Gənclərbirliyi"nin futbolçusu Əhməd Oğuza qırmızı vərəqə göstərib. Beləliklə, "Qalatasaray" səfərdə vacib 3 xalı qazana bilməyərək sülhə razılaşıb. Bu oyundan sonra "Qalatasaray" 10 xalla 7-ci pillədə qərarlaşıb.
Turun digər qarşılaşmasında isə "Kasımpaşa" doğma meydanda "Konyaspor"a 4:1 hesabı ilə məğlub olub. "Kayserispor" isə səfərdə "Göztəpə"yə 0:4 hesabı ilə uduzub.
Turun digər qarşılaşmaları oktyabrın 6 və 7-də keçiriləcək.