Oktyabrın 6-da futbol üzrə Türkiyə Superliqasının VII turu çərçivəsində keçirilən görüşdə “Beşiktaş” doğma meydanda lider “Alanyaspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Vodafon Park” arenada baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Gərgin keçən görüşdə hesabı 52-ci dəqiqədə Burak Yılmaz açıb. O, rəqib qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri bir daha 69-cu dəqiqədə Abdulay Diabinin vuduğu qol sayəsində hesabı 2:0 ediblər. Bu oyunda vurulan sonuncu qol olub. Beləliklə, “Beşiktaş” doğma meydanda vacib 3 xalı qazanıb. Bu oyundan sonra “Beşiktaş” 8 xalla 13-cü pillədə qərarlaşıb.
Turun digər qarşılaşmasında isə “Sivasspor” doğma meydanda “Ankaragücü”nü 3:1 hesabı ilə məğlub edib.
Turun digər qarşılaşmaları bu gün və oktyabrın 7-də keçiriləcək.