Azərbaycanın şahmat üzrə komandalararası Avropa çempionatı üçün heyəti açıqlanıb

A- A A+

Oktyabrın 23-dən noyabrın 3-dək Batumidə şahmat üzrə komandalararası Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadiy Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər. Komandamızın kapitanı Eltac Səfərli olacaq.

Qadınların mübarizəsində Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova birincilik uğrunda yarışacaqlar.

İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: