Futbol üzrə Azərbaycan millisi Bəhreynə yola düşüb.
NUHÇIXAN xəbər verir ki, baş məşqçi Nikola Yurçeviçin komandası Heydər Əliyev Beynəlxalq Aeroportundan paytaxt Manamaya uçub.
Səfərə 23 futbolçu ilə çıxan Azərbaycan millisi oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Milli komanda həmin matçdan dərhal sonra “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstanla oyunu üçün Budapeştə gedəcək. Oktyabrın 13-də keçiriləcək Macarıstan-Azərbaycan oyunu “Groupama Arena”da saat 20:00-da başlayacaq.