İyunun 5-də futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Qazaxıstan yığması ilə qarşılaşır.
NUHÇIXAN xəbər verir ki, “Astana Arena”da oynanılan görüşdə Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Qara Qarayev, Maksim Medvedev, Araz Abdullayev, Ruslan Qurbanov, Dimitri Nazarov, Ruslan Abışov, Cavid Hüseynov, Təmkin Xəlilzadə, Mahir Mədətov, İlqar Qurbanov meydana çıxıblar.
Qazaxıstan yığmasının heyətində isə Nenad Erik, Sergey Malıy, Yevgeni Postnikov, İslambek Kuat, Serikjan Mujikov, Bauırjan İslambek, Yerkebulan Tunqışbayev, Aleksey Çsnyotkin, Roman Murtuzayev, Dmitri Şomko, Abzal Beysebikov yer alıblar.
Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Tyandır. Ona yan xətt hakimləri Andrey Bodyan və Viktor Mardari kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını Dmitri Muntyan yerinə yetirir.
Komandalar indiyədək doqquz dəfə qarşılaşıb. Bu görüşlərin ikisində Azərbaycan, üçündə Qazaxıstan millisi qalib gəlib, dörd oyun heç-heçə başa çatıb.