Azərbaycan millisi səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək

233

Bu gün futbol üzrə Azərbaycan millisi səfərdə Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Bəhreyn Milli Stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: