UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın "Araz” futzal komandası bu gün ilk oyununu keçirəcək. NUHÇIXAN xəbər verir ki, təmsilçimiz “De Bres Arena”da Bakı vaxtı ilə 22:30-da Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.
Komandamız oyuna itkilərlə çıxacaq. Belə ki, Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyiblər. Çətin durumla üzləşən təmsilçimiz 8 futzalçı ilə mübarizə aparacaq.
Oyunun baş hakimi xorvatiyalı Nikola Jelic olacaq. Ona Damian Jaruçievicz (Polşa) və Viktor Bugenko (Moldova) kömək edəcəklər.
Qarşılaşmanın hakim-inspektoru sloveniyalı Silvo Borosak, UEFA nümayəndəsi isə Serjio Lopez-Andujar Alonso (İspaniya) olacaq.
"Araz"ın heyətində Rövşən Hüseynli, Vladislav Reznov, İsa Atayev, Xətai Bağırov, Murilo Borges Souza, Ramiz Çovdarov, Rizvan Fərzəliyev və Nihad İsmayılov mübarizə aparacaq.