Bəstəkar Məmməd Məmmədov anıldı - FOTOLAR
Görkəmli bəstəkar, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məmməd Məmmədovun yaradıcılıq irsinə həsr olunmuş konsert keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında baş tutub.
Bildirilib ki, 1920-ci il aprelin 28-də Naxçıvan şəhərində dünyaya göz açan bəstəkar uzun illər Naxçıvanda kütləvi musiqi tədbirlərinin keçirilməsində yaxından iştirak edib. Naxçıvanda truba və akkardeon siniflərinin açılması, vokal ansamblları və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olub. Həmçinin teatr üçün 30-dan artıq müxtəlif janrlarda yazılmış tamaşalara musiqilər bəstələyib.
Naxçıvanda ilk musiqi məktəbi olan 1 nömrəli uşaq musiqi məktəbi Məmməd Məmmədovun adını daşıyır.
Sonra məktəbin şagirdləri və məzunlarının ifasında Məmməd Məmmədovun “Ana yurdum Naxçıvan”, Cahangir Cahangirovun “Dəli Kür”, Astor Piyazollanın “Liber tanqo” və bir sıra mahnıları səsləndirilib.
Gülməmməd Əliyev