Şahbuzda keçirilən poliatlon çoxnövçülüyü üzrə yarışın qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Vətənin müdafiəsinə hazıram poliatlon çoxnövçülüyü üzrə Şahbuz rayon birinciliyi keçirilib. Birincilik rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Yarışda 14 ümumtəhsil məktəbinin  komandası iştirak edib. Komandalar 100 və 2000 məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növlərində güclərini sınayıblar.

Yekunda hesabına 393 xalı yazdıran Keçili kənd tam orta məktəbin komandası I, 328 xalla Kolanı təmsilçiləri II, 313 xala sahib olan Kükü kənd tam orta məktəbinin komandası isə III olub.

Sonda qaliblərə kubok və diplomlar  təqdim edilib.

 

                                                                             Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: