Kikboksçularımızdan 10 medal - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın “Turan Döyüş Klubu”nun idmançıları Qrepplinq üzrə Bakı turnirindən uğurlu nəticələrlə geri  dönüblər.

Paytaxt  Bakı və bölgələri təmsil edən komandaların iştirak etdiyi birincilikdə idmançılarımız 10 medalla geri qayıdıblar. Muxtar respublikamızı yarışda “Turan Döyüş Klubu”nun idmançıları təmsil ediblər. Məşqçi Xəyal Abdullayevin başçılığı ilə klubun 10 üzvü yarış həyəcanı yaşayıb. İdmançılarımızın əksəriyyəti ilk dəfə ölkə miqyaslı yarışda iştirak etməsinə baxmayaraq ümidlərini doğruldublar.

Beləliklə “Turan Döyüş Klubu”nun idmançıları turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: