Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin yeddinci turuna start veriləcək.
NUHÇIXAN xəbər verir ki, turun ilk oyun günündə C, E, G və I qruplarında, ümumilikdə, 10 qarşılaşma oynanılacaq.
Günün görüşləri aşağıdakılardır:
“C” qrupu:
Belarus – Estoniya,
Niderland - Şimali İrlandiya.
Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Niderland - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).
“E” qrupu:
Xorvatiya – Macarıstan,
Slovakiya – Uels.
Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).
“G” qrupu:
Avstriya – İsrail,
Şimali Makedoniya – Sloveniya,
Latviya – Polşa.
Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6), Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).
“I” qrupu:
Qazaxıstan – Kipr,
Belçika - San Marino,
Rusiya – Şotlandiya.
Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6).