Təmsilçimiz Nicat Həsənov peşəkar boksda ikinci qələbəsini qazanıb

A- A A+

“Baku Fight Lab” promoutorun dəstəyi ilə peşəkar boksçular arasında keçirilən yarışda təmsilçimiz Nicat Həsənov qələbə qazanıb.

NUHÇIXAN xəbər verir ki, boksçumuz Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 6 raundluq reytinq görüşünün üçüncü raundunda özbəkistanlı rəqibi Şerzodbek Mamajonovu texniki nokautla məğlub edib.

“Qızıl əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev jurnalistlərə müsahibəsində qeyd edib ki, bu, yetirməsinin peşəkar boksda artıq ikinci qələbəsidir.

“Gənclər arasında boks üzrə Avropa birinciliyinin gümüş mükafatçısı N.Həsənov ilk qələbəsini bu ilin avqustunda Türkiyənin Sakarya şəhərində gürcüstanlı rəqibi Zaza Amiridzeni nokaut etməklə qazanıb. O, istedadlı boksçudur və əminəm ki, yetirməm daha böyük qələbələr qazanacaq”, - deyə R.Allahverdiyev əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: