Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər

A- A A+

İngiltərənin “Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, 30 yaşlı futbolçunu İstanbulun “Fənərbağça” komandası transfer etməkdə israrlıdır.

İstanbul klubu qış fasiləsində təcrübəli futbolçunun keçidini həll etmək istəyir. Klub rəhbərliyi Özili icarə əsasında heyətinə qatmaq üçün “topçular”la danışığa başlayıb. Cari mövsüm Premyer Liqada cəmi 1 oyunda meydana çıxan futbolçu özü də London klubundan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Özilin “Arsenal” komandası ilə müqaviləsi 2021-ci ilin yayınadək etibarlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: