"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
NUHÇIXAN xəbər verir ki, təmsilçimiz “Benfika” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan oyun Portuqaliya çempionunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan çempionu ilk oyununda Belçikanın “Halle-Gooik” klubuna 1:5 hesabı ilə məğlub olub.
“Araz” qrupda sonuncu oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.