Məktəblilər Naxçıvan şəhər birinciliyində yarışıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər məktəbliləri arasında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon  çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Yarış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi, Təhsil Şöbəsi, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə reallaşıb. Birincilikdə məqsəd çağırışyaşlı və çağırışaqədərki gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Yarışda 15 komanda mübarizə aparıb. İştirakçılar yarışın poliatlon dördnövçülük proqramına uyğun olaraq 100 metr qaçış, 2000 metr kross,turnikdə dartınma və qumbara atma növləri üzrə güclərini sınayıblar. Yekunda rəqiblərindən üstün olan 16 nömrəli tam orta məktəbin komandası I, 2 nömrəli tam orta məktəbin komandası II, 3 nömrəli tam orta məktəbin komandası isə III pillədə qərarlaşıb.

Qalib komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim olunub.

Azər Zeynalov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: